Qaraçuxur qəsəbəsində sürüşmələrin monitorinqi aparılıb
Oct 29, 2025 | 16:57 Maraqlı məlumatlar
Oct 29, 2025 | 16:57 Maraqlı məlumatlar
Şöbə müdiri coğrafiya elmlər doktoru Stara Tarixazərin rəhbərliyi ilə akademik H.Əliyev adına Coğrafiya İnstitutu Geomorfologiya və təbii risklər şöbəsinin əməkdaşları Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsində sürüşmələrin monitorinqini aparıblar.
Mütəxəssislərin rəyinə görə, bu ərazidə sürüşmələrə səbəb olan əsas amil yamacın əsasının kəsilməsi və yamacın yuxarı hissəsində su və tullantı sularının nizamsız axmasıdır. İkinci sürüşmə sahəsi Yeni Günəşli yaşayış massivinin cənub-şərqində, Zığ-Hövsan yolunun kənarında yerləşir. Sürüşmələrin səbəbi antropogen fəaliyyətdir, yəni məişət və kanalizasiya sularının axıdılmasıdır. Həmçinin, fərdi yaşayış binalarının divarlarında və hasarlarda çoxsaylı çatlar və çökmə hadisələri müəyyən edilib.


