AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Əhmədli qəsəbəsində baş verən sürüşmə hadisəsi təhlil edilib
Nov 17, 2025 | 14:27 Mühüm hadisələr

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Geomorfologiya və təbii risklər şöbəsinin müdiri coğrafiya elmləri doktoru Stara Tarixazər Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığında noyabrın 12-də baş vermiş torpaq sürüşməsi hadisəsinə aydınlıq gətirib.

Alimin fikrincə dağın yamacında sürüşmənin yaranmasının əsas səbəbi təbii amillərdən başqa (yüksək meylli yamaclar, gilli suya davamlı layların olması) su kəmərlərindən və kanalizasiya xətlərindən sızmalar, yamacın aşağıdan kəsilməsi və yamacın qaşında obyektlərin qurulmasıdır.

Mütəxəssisin apardığı vizual müşahidələr zamanı yamacda yeni çatlar aşkar edilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023