AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Hidroloq alimin məqaləsi yüksək reytinqli elmi jurnalda çap olunub
Nov 26, 2025 | 09:41 Yeni nəşrlər

H.Əliyev adına Coğrafiya İnstitutunun “Qurunun hidrologiyası və su ehtiyatları” şöbəsinin aparıcı elmi işçisi c.ü.f.d., dosent Mövlud Teymurovun akademik Qərib Məmmədovla əsas həmmüəllif olduğu “Climate Change Effects on Soil Fertility and Moisture in the Nakhchivanchay River Basin, Azerbaijan” adlı məqaləsi Scopus Q1 bazasında indeksləşən “International Journal of Agriculture and Biosciences” jurnalında çap olunub. 

Məqalə iqlim dəyişiklikləri və insan fəaliyyətinin təsiri altında torpaqların münbitliyinin və rütubətlik səviyyəsinin qiymətləndirilməsinə həsr olunub. Bildirilir ki, hazırda baş verən iqlim dəyişiklikləri və şaxələnən insan fəaliyyəti çox zaman təbiətdə mənfi təzahürlər buraxır. Nəticədə mövcud ekosistem dayanıqlığını itirir, vital təbii sərvətlər (su, torpaq, biokütlə) sürətlə tükənir. 

Dünyada mövcud tendensiyanı və Azərbaycan üçün zərurəti nəzərə alaraq müəlliflər tərəfindən yeni kompleks və sinergistik yanaşma mexanizmi təklif olunub. 

Mövlud Teymurovun sözlərinə görə, tədqiqat prosesində əldə edilən nəticələrin nəzərə alınması torpaq örtüyünə təbii və antropogen təsirlərin dəqiqləşdirilməsi, torpaqlarda su dövranının bərpası, səhralaşma və pedoloji quraqlıqla mübarizə, yerli şəraitə uyğun yaşıllaşdırma, selektiv və regenerativ kənd təsərrüfatı tədbirlərinin həyata keçirilməsi baxımından effektiv rol oynaya bilər. 

 

 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023