AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
BDU tələbələri üçün ustad dərsi keçirilib
Dec 12, 2025 | 14:19 Görüşlər

Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu Təhsil şöbəsinin müdiri c.ü.f.d. dosent Müseyib Yunusov Mingəçevir Dövlət Universitetinin tələbələrinə onlayn formatda ustad dərsi keçib.

Dərsdə Turizm bələdçiliyi ixtisası üzrə təhsil alan birinci kurs tələbələri, kafedra müdiri Nüşabə Qədirli, coğrafiya müəllimi Aysel Qocayeva və başqaları iştirak ediblər. 

“Azərbaycanın kənd təsərrüfatı coğrafiyası və torpaqların ekologiyası” mövzusunda dərs keçən M.Yunusov sonda tələbələri maraqlandıran sualları cavablandırıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023